• Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20

  • +994 70 344 60 55

  • office@azin.az

Laçın rayonu, Zabux kəndi

Zabux kənd yaşayış məntəqəsinin layihələndirilməsi

Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir.Şimaldan Kəlbəcər,cənubdan Qubadlı,şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları,qərbdən isə Ermənistanla həmsərhəddir.Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlarla zəngindir.

  • Sahə 81 ha

  • Kateqoriya Kənt - qəsəbə və yaşayış binaları

  • Tikililərin sayı 250

  • Bitmə tarixi 2024-cü il

Laçın rayonunun Zabux kəndinin ərazisi II Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş zonada yerləşir və düşmən tərəfindən tamamilə dağıdılmış Zabux kəndinin ərazisini əhatə etməklə Laçın rayonunun inzibati ərazisinə daxildir.

Hesabi dövr üçün əhalinin sayı məskunlaşma sistemi çərçivəsində yaşayış məskəninin perspektiv inkişaf göstəriciləri və əhalinin təbii artımı üzrə demoqrafik proqnozlar nəzərə alınmaqla müəyyən edilmişdir. Perspektiv dövr üçün Zabux kəndində 245 ailənin məskunlaşacağı, ailə üzvlərinin ümumi sayının isə 1007 nəfər təşkil edəcəyi nəzərdə tutulmaqla layihələndirmə aparılmışdır.

Xəbərə keçid: https://sfdi.gov.az/news/70