AZİN Construction Məhdud Məsuliyyətli Cəmiyyəti

AZİN Construction Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildən fəaliyyətə başlayıb və yarandığı vaxtdan həm dövlət obyektləri, həm də bir sıra özəl obyektlərin layihələrini və tikintisini yerinə yetirmişdir. Layihələr şəhərsalma əsaslandırılması, memarlıq planlaşdırma və işçi layihə mərhələlərini əhatə edir. Bunlardan İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin 200 hektardan çox ərazilər üçün nəzərdə tutulmuş Ağdam, Cəbrayıl sənaye parkları. Həmçinin Sumqayıt, Pirallahı və Mingəçevir sənaye zonaları, Qarabağda azad edilmiş kənd və şəhərlərin salınması, Olimpiya idman qurğuları və stadionlarının təmiri, inşası, yüksək mərtəbəli yaşayış binaları, məktəblər, uşaq bağçaları, müdafiə sənayesi binaları, ticarət və əyləncə mərkəzləri, səhiyyə, sağlamlıq, otel kompleksləri, yol infrastrukturu, mövcud tikililərin rekonstruksiyası, gücləndirilmə və bərpa olunması layihələndirmə xidmətlərinin göstərilməsi. Şirkətimizin memarları, konstruktorları, mühəndisləri öz sahələri üzrə biliyə və dərin təcrübələrə malikdir. Layihə mütəxəssislərimiz çalışaraq müasir tələblərə cavab verən layihələr yaradırlar. Mütəxəssislər eskiz, işçi layihə mərhələlərinin bütün bölmələrini həyata keçirirlər.

-Memarlıq və dizayn.
-Konstruktiv həllər və hesabatlar.
-Mühəndis-axtarış işləri.
-Mühəndis kommunikasiyaları.

about photo

Haqqımızda

Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya, kondisioner, rabitə, video-müşahidə, yanğın siqnalı, yanğın söndürmə, texnologiya, avtomatika. Cəmiyyətdə hal-hazırda fəaliyyət göstərən qruplar aşağıdakılardır


Memarlıq və dizayn
Konstruksiya.
Mühəndis kommunikasiyaları
Topoqrafiya və geodeziya.
Texniki sənədlər.
Tikintiyə müəllif nəzarəti.
Mövcud binaların ölçü cizgiləri.
Smeta sənədləri.
Tikintinin təşkili.


Cəmiyyətimiz bütün layihələrin icrasına peşəkar, ixtisaslı kadrlar cəlb edir (xüsusilə yüksək iş təcrübəli olanlar). Bütün layihələrin icrasına beynəlxalq standartlara uyğun yanaşılır, qüvvədə olan Dövlət Tikinti Norma və Qaydalarına riayət edilir. Hər zaman sifarişçilərə xidmət göstərərkən mükəmməlliyə can atır, onların maraqlarını qoruyur, tələblərinə diqqətlə yanaşır, gözləntilərini doğrultmağa çalışırıq. “AZİN Construction” MMC üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri vaxtında, keyfiyyətli və şəffaf şəkildə yerinə yetirir. “AZİN Construction” MMC bütün layihələrin icrasında müasir və innovativ məhsullardan istifadə edir, bütün xidmətləri beynəlxalq standartlara uyğun təhvil verir. Bu vacib dəyərlər bizim sifarişçilərimizin və əməkdaşlarımızın etibarını qazanmağa və saxlamağa bizə kömək edir. Uğurla həyata keçirdiyimiz layihələrin sürətlə artması cəmiyyətimizin inkişafının göstəricisidir.

12 +
İllik təcrübə
Uzun illərin təcrübəsi ilə funksional, estetik və müasir interyer həlləri təqdim edirik.
120 +
Tamamlanmış layihə
Fərqli üslub və ölçülərdə yüzlərlə layihəni uğurla həyata keçirmişik.
100 +
Məmnun müştəri
Etibarlı xidmətimiz və keyfiyyətli işimizlə müştərilərimizin etimadını qazanmışıq.
Azin Construction tikinti, təmir və layihələndirmə sahəsində etibarlı tərəfdaşınızdır. Fərdi yaşayış evlərindən kommersiya obyektlərinə qədər hər bir layihəni yüksək keyfiyyət, peşəkar yanaşma və müasir standartlara uyğun şəkildə həyata keçiririk.

Sorğunuzu indi göndərin, ehtiyaclarınıza uyğun fərdi həllər, peşəkar məsləhət və sərfəli qiymət təklifi əldə edin.