• Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20

  • +994 70 344 60 55

  • office@azin.az

Gələcəyi dəqiqlik və peşəkarlıqla inşa edirik

Layihələndirmə, tikinti və mühəndislik sahəsində peşəkar xidmətlər

AZİN Construction MMC özünün yüksək ixtisaslı kadrlarına və güclü texniki bazasına arxalanaraq yüksək keyfiyyətlə tez bir zamanda layihələrin yerinə yetirilməsini qarşısına məqsəd qoymuşdur və hazırda inamla bunları həyata keçirməkdədir. İşçilərimiz — memarlar, konstruktorlar, mühəndislər — öz sahələri üzrə bilik və dərin təcrübəyə malikdirlər.

Layihə mütəxəssislərimiz müasir işçi layihələr yaradırlar. Mütəxəssislər eskiz və işçi layihə mərhələlərinin bütün bölmələrini həyata keçirirlər:

• Memarlıq və dizayn
• Konstruktiv həllər və hesabatlar
• Mühəndis axtarış işləri
• Mühəndis kommunikasiyaları

Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya, kondisioner, rabitə, videomüşahidə, yanğın siqnalı, yanğın söndürmə, texnologiya, avtomatika.

Cəmiyyətdə hazırda fəaliyyət göstərən qruplar aşağıdakılardır:

Memarlıq və Dizayn

Müasir və funksional memarlıq layihələri və dizayn xidmətləri.

Konstruksiya

Yüksək keyfiyyətlə tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi.

Mühəndis kommunikasiyaları

Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya və digər mühəndis kommunikasiyaları xidmətləri.

Topoqrafiya və geodeziya

Ərazinin topoqrafik və geodezik ölçmə xidmətləri.

Texniki sənədlər

Layihələrin tərtibatı və texniki sənədlərin hazırlanması.

Tikintiyə müəllif nəzarəti

Tikinti prosesində müəllif nəzarətinin təmin edilməsi.

Mövcud binaların ölçü cizgiləri

Binaların ölçülərini müəyyənləşdirmək üçün cizgilərin hazırlanması.

Smeta sənədləri

Tikinti və təmir xərclərinin smetası və hesabatı.

Tikintinin təşkili

Tikinti prosesinin peşəkar şəkildə təşkil edilməsi.

Cəmiyyətimiz bütün layihələrin icrasına peşəkar, ixtisaslı kadrlar cəlb edir (xüsusilə yüksək iş təcrübəli olanlar). Bütün layihələrin icrasına beynəlxalq standartlara uyğun yanaşılır, qüvvədə olan Dövlət Tikinti Norma və Qaydalarına riayət edilir. Hər zaman sifarişçilərə xidmət göstərərkən mükəmməlliyə can atır, onların maraqlarını qoruyur, tələblərinə diqqətlə yanaşır, gözləntilərini doğrultmağa çalışırıq. “AZİN Construction” MMC üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri vaxtında, keyfiyyətli və şəffaf şəkildə yerinə yetirir. “AZİN Construction” MMC bütün layihələrin icrasında müasir və innovativ məhsullardan istifadə edir, bütün xidmətləri beynəlxalq standartlara uyğun təhvil verir. Bu vacib dəyərlər bizim sifarişçilərimizin və əməkdaşlarımızın etibarını qazanmağa və saxlamağa bizə kömək edir. Uğurla həyata keçirdiyimiz layihələrin sürətlə artması cəmiyyətimizin inkişafının göstəricisidir.