Bakı şəhəri
“Badam Emalı Zavodu” Az Badam MMC
Bağdan yığılan badamın fiziki-kimyəvi tərkibini dəyişmədən süfrələrə gətirmək.
Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20
+994 70 344 60 55
office@azin.az
Bağdan yığılan badamın fiziki-kimyəvi tərkibini dəyişmədən süfrələrə gətirmək.
Sahə 3.8 ha
Kateqoriya Sənaye Müəssələri
Tikililərin sayı 10
Bitmə tarixi 2022-ci il
İnvestisiya həcmi 24.72 milyon ABŞ dolları
Əsasən Abşeron yarımadasında badamçılıq geniş yayılmış və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı sahəsidir. Buna baxmayaraq, indiyədək ölkəmizdə və regionda Badam Emalı Müəssisəsi mövcud olmamışdır. Bu ilk təşəbbüsdə iştirak etmək və layihəyə töhfə vermək bizim üçün qürurverici bir hissdir.
Memarlıq layihələndirməsi
Layihənin dizayn və idarəetmə prosesi Royal Institute of British Architects (RIBA) — Britaniya Memarlarının Kral İnstitutu tərəfindən hazırlanmış mərhələli planlaşdırma və layihə idarəetmə proqramı əsasında həyata keçirilmişdir.
RIBA proqramı çərçivəsində layihə aşağıdakı mərhələlər üzrə idarə olunmuşdur:
C mərhələsi — konseptual eskizlər,
D mərhələsi — işçi layihə,
E mərhələsi — texniki dizayn.
Layihələndirmənin əsas məqsədlərindən biri yalnız daxili bazarın deyil, eyni zamanda məhsulun ixracına yönəlmiş, beynəlxalq standartlara cavab verən müasir bir istehsal müəssisəsinin yaradılması idi. Bu məqsədlə layihəçi komanda olaraq İspaniya modelini araşdırdıq, İspaniyada fəaliyyət göstərən zavodlara səfərlər edərək bu tip müəssisələrin iş prinsiplərini, yanaşmalarını, texnoloji avadanlıqlarını, məhsulun qəbulu və istehsal proseslərini həm öyrəndik, həm də yerində müşahidə etdik.
Badam Emalı Zavodunun bina və qurğularının layihələndirilməsində əsas məqsəd funksionallıqla estetik görünüşün vəhdətini yaratmaq olmuşdur. İstehsalat prosesi özlüyündə bir tamaşa təsiri bağışlayır və istehsalat sahəsinə bitişik inzibati binanın geniş şüşəli fasadından bu prosesi müşahidə etmək insana sanki prosesin bir hissəsi olmaq hissi yaradır. Əminik ki, inzibati binada çalışan əməkdaşlar və qonaqlar istehsalatı yüksəklikdən izləyərkən tətbiq edilən memarlıq həllərindən xüsusi zövq alırlar.
Xəbərə keçid: https://president.az/az/articles/view/56822