Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli, 1347 nömrəli “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərmanı ilə yaradılmışdır.
İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və davamlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ayrılmış ərazi:
Şimaldan Ağdam şəhərinin yaşayış məntəqəsi, avtomobil yolu və əmlak kompleksi ilə;
Şərqdən əmlak kompleksi, örüş sahələri, əkin sahələri, bağlar və Sarıcalı kəndinin yaşayış məntəqəsi ilə;
Cənubdan yaşayış məntəqəsi və avtomobil yolu ilə;
Qərbdən avtomobil yolu, yaşayış məntəqəsi və örüş sahələri ilə əhatə olunmuşdur.
Xəbərə keçid: https://president.az/az/articles/view/51769