Sahə
190 ha
Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20
+994 70 344 60 55
office@azin.az
AZİN Construction” MMC özünün yüksək ixtisaslı kadrlarına və güclü texniki bazasına arxalanaraq yüksək keyfiyyət ilə tez bir zamanda layihələrin yerinə yetirilməsini qarşısına məqsəd olaraq qoymuş, hal-hazırda inamla bunları həyata kəçirtməkdədir. İşçilərimiz: memarlar, konstruktorlar, mühəndislər öz sahələri üzrə biliyə və dərin təcrübələrə malikdir. Layihə mütəxəssislərimiz çalışaraq müasir işçi layihələr yaradırlar. Mütəxəssislər eskiz, işçi layihə mərhələlərinin bütün bölmələrini həyata keçirirlər.
• Memarlıq və dizayn.
• Konstruktiv həllər və hesabatlar.
• Mühəndis-axtarış işləri.
• Mühəndis kommunikasiyaları.
Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya, kondisioner, rabitə, video-müşahidə, yanğın siqnalı, yanğın söndürmə, texnologiya, avtomatika. Cəmiyyətdə hal-hazırda fəaliyyət göstərən qruplar aşağıdakılardır:
Müasir və funksional memarlıq layihələri və dizayn xidmətləri.
Yüksək keyfiyyətlə tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi.
Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya və digər mühəndis kommunikasiyaları xidmətləri.
Ərazinin topoqrafik və geodezik ölçmə xidmətləri.
Layihələrin tərtibatı və texniki sənədlərin hazırlanması.
Tikinti prosesində müəllif nəzarətinin təmin edilməsi.
Binaların ölçülərini müəyyənləşdirmək üçün cizgilərin hazırlanması.
Tikinti və təmir xərclərinin smetası və hesabatı.
Tikinti prosesinin peşəkar şəkildə təşkil edilməsi.
Cəmiyyətimiz bütün layihələrin icrasına peşəkar, ixtisaslı kadrlar cəlb edir (xüsusilə yüksək iş təcrübəli olanlar). Bütün layihələrin icrasına beynəlxalq standartlara uyğun yanaşılır, qüvvədə olan Dövlət Tikinti Norma və Qaydalarına riayət edilir. Hər zaman sifarişçilərə xidmət göstərərkən mükəmməlliyə can atır, onların maraqlarını qoruyur, tələblərinə diqqətlə yanaşır, gözləntilərini doğrultmağa çalışırıq. “AZİN Construction” MMC üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri vaxtında, keyfiyyətli və şəffaf şəkildə yerinə yetirir. “AZİN Construction” MMC bütün layihələrin icrasında müasir və innovativ məhsullardan istifadə edir, bütün xidmətləri beynəlxalq standartlara uyğun təhvil verir. Bu vacib dəyərlər bizim sifarişçilərimizin və əməkdaşlarımızın etibarını qazanmağa və saxlamağa bizə kömək edir. Uğurla həyata keçirdiyimiz layihələrin sürətlə artması cəmiyyətimizin inkişafının göstəricisidir.
İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.
Sahə
190 ha
Kateqoriya
Sənaye Müəssələri
Tikililərin sayı
250
İş yeri
938
Bitmə tarixi
Tamamlanmış
İnvestisiya həcmi
81.03 milyon ABŞ dolları
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda sənaye parkının salınması və ətraf rayon mərkəzləri ilə birgə inkişaf yolunda perspektivə doğru irəliləməsi qarşıya qoyulan əsas məqsəddir.
Sahə
200 ha
Kateqoriya
Sənaye Müəssələri
Tikililərin sayı
200
İş yeri
96
Bitmə tarixi
Tamamlanmış
İnvestisiya həcmi
24.72 milyon ABŞ dolları
Bağdan yığılan badamın fiziki-kimyəvi tərkibini dəyişmədən süfrələrə gətirmək.
Sahə
3.8 ha
Kateqoriya
Sənaye Müəssələri
Tikililərin sayı
10
Bitmə tarixi
2022-ci il
İnvestisiya həcmi
24.72 milyon ABŞ dolları
Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Çinar-Servis" İstehsal Kommersiya Firmasının məhsuldarlığı 2600 kq/s maye azot, 2300kq/s maye oksigen, 150 kq/s maye arqon və 35 lt/s maye helium qazlarının istehsalı sexi. İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı nəzərdə tutulur.
Sahə
1.8222 ha
Kateqoriya
Sənaye Müəssələri
Tikililərin sayı
10
İş yeri
70 nəfər
Bitmə tarixi
2025 il
İnvestisiya həcmi
13,3 mln. manat
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlarla zəngindir.
Sahə
51.60 ha
Kateqoriya
Kənt - qəsəbə və yaşayış binaları
Tikililərin sayı
165
Bitmə tarixi
2024-cü il