Ağdam Sənaye Parkının ərazisində “Mister Decor” MMC-yə məxsus Divar kağızı istehsalı zavodu

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və davamlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Ayrılmış ərazi:
şimaldan Ağdam şəhərinin yaşayış məntəqəsi, avtomobil yolu və əmlak kompleksi ilə;
şərqdən əmlak kompleksi, örüş sahələri, əkin sahələri, bağlar və Sarıcalı kəndinin yaşayış məntəqəsi ilə;
cənubdan yaşayış məntəqəsi və avtomobil yolu ilə;
qərbdən avtomobil yolu, yaşayış məntəqəsi və örüş sahələri ilə əhatə olunmuşdur.

Xəbərə keçid: https://azertag.az/xeber/agdam_senaye_parkinda_ilde_21_milyon_eded_rulon_divar_kagizi_istehsal_edilecek__foto_video-3189910

İşğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri edir.

Sahə

1.6 ha

Kateqoriya

Sənaye müəssisələri

Tikililərin sayı

7

Bitmə tarixi

2024-cü il

Azin Construction tikinti, təmir və layihələndirmə sahəsində etibarlı tərəfdaşınızdır. Fərdi yaşayış evlərindən kommersiya obyektlərinə qədər hər bir layihəni yüksək keyfiyyət, peşəkar yanaşma və müasir standartlara uyğun şəkildə həyata keçiririk.

Sorğunuzu indi göndərin, ehtiyaclarınıza uyğun fərdi həllər, peşəkar məsləhət və sərfəli qiymət təklifi əldə edin.