Sus və Bəylik kəndlərinin yaşayış məntəqəsi
Laçın rayonunun Sus və Bəylik kəndlərinin ərazisi II Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş zonada yerləşir və düşmən tərəfindən tamamilə dağıdılmış Sus və Bəylik kəndlərinin ərazilərini əhatə etməklə Laçın rayonunun inzibati ərazisinə daxildir.
Hesabi dövr üçün əhalinin sayı məskunlaşma sistemi çərçivəsində yaşayış məskəninin perspektiv inkişaf göstəriciləri və əhalinin təbii artımı üzrə demoqrafik proqnozlar nəzərə alınmaqla müəyyən edilmişdir. Perspektiv dövr üçün Sus və Bəylik kəndlərində 160 ailənin məskunlaşacağı, ailə üzvlərinin ümumi sayının isə 670 nəfər təşkil edəcəyi nəzərdə tutulmaqla layihələndirmə aparılmışdır.
Xəbərə keçid: https://www.youtube.com/watch?v=BIpH_vGyiik
Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlarla zəngindir.
Sahə
51.60 ha
Kateqoriya
Kənt -qəsəbə və yaşayış binaları
Tikililərin sayı
165
Bitmə tarixi
2024-cü il
Sorğunuzu indi göndərin, ehtiyaclarınıza uyğun fərdi həllər, peşəkar məsləhət və sərfəli qiymət təklifi əldə edin.


