Cəbrayıl rayonunda ”Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli, 1453 nömrəli “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Fərmanı ilə yaradılmışdır.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur və idarəetmə qurumları ilə təmin olunmuş, logistika fəaliyyətinin təşkili və müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsulların istehsalı, emalı (təkrar emalı) və satışı, habelə müxtəlif xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş, sahibkarların səmərəli fəaliyyəti və davamlı inkişafına şərait yaradan ərazidir.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda sənaye parkının salınması və ətraf rayon mərkəzləri ilə birgə inkişaf yolunda perspektivə doğru irəliləməsi qarşıya qoyulan əsas məqsəddir.
Sahə
200 ha
Kateqoriya
Sənaye müəssisələri
Tikililərin sayı
200
Bitmə tarixi
Tamamlanmış
İş yeri
96
İnvestisiya həcmi
24.72 milyon ABŞ dolları
Sorğunuzu indi göndərin, ehtiyaclarınıza uyğun fərdi həllər, peşəkar məsləhət və sərfəli qiymət təklifi əldə edin.


