• Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20

  • +994 70 344 60 55

  • office@azin.az

Laçında TİKİNTİ MATERİALLARI BAZARI KOMPLEKSİ

AZİN CONSTRUCTION tərəfindən Laçın şəhərində tikinti materialları bazarı kompleksinin salınması nəzərdə tutulur. Layihə müasir ticarət və logistika infrastrukturunun yaradılmasını hədəfləyir.

Kompleksə geniş ticarət və anbar sahələri, inzibati binalar, yükləmə-boşaltma meydançaları, daxili yollar və parkinq zonaları daxildir. Ətraf ərazilərin yaşıllaşdırılması da layihənin tərkib hissəsidir. Memarlıq həlləri ətraf landşafta uyğunlaşdırılıb və müasir tikinti üslubunda işlənib.

" TİKİNTİ MATERİALLARI BAZARI KOMPLEKSİ " adını daşıyan obyekt Laçın şəhərinin infrastrukturunun inkişafına töhfə vermək, regionun tikinti materiallarına olan tələbatını qarşılamaq və müasir ticarət xidmətləri göstərmək məqsədi daşıyır.