• Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20

  • +994 70 344 60 55

  • office@azin.az

Peşəkar Layihələndirmə və İnşaat

Dövlət və özəl obyektlərdə beynəlxalq standartlara uyğun həllər

2016-cı ildən fəaliyyət göstərən “AZİN Construction” MMC sənaye parkları, olimpiya qurğuları, yaşayış kompleksləri, məktəblər, səhiyyə və yol infrastrukturu layihələrini həyata keçirir. Memarlar, mühəndislər və konstruktorlardan ibarət peşəkar komandamız müasir tələblərə cavab verən, şəffaf və keyfiyyətli xidmət təqdim edir.

AZİN Construction Məhdud Məsuliyyətli Cəmiyyəti

“AZİN Construction” MMC 2016-cı ildə təsis olunmuşdur

AZİN Construction Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildən fəaliyyətə başlayıb və yarandığı vaxtdan həm dövlət obyektləri, həm də bir sıra özəl obyektlərin layihələrini və tikintisini yerinə yetirmişdir.

Layihələr şəhərsalma əsaslandırılması, memarlıq planlaşdırma və işçi layihə mərhələlərini əhatə edir.

Bunlardan İqtisadiyyat nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin 200 hektardan çox ərazilər üçün nəzərdə tutulmuş Ağdam, Cəbrayıl sənaye parkları.

Həmçinin Sumqayıt, Pirallahı və Mingəçevir sənaye zonaları, Qarabağda azad edilmiş kənd və şəhərlərin salınması, Olimpiya idman qurğuları və stadionlarının təmiri, inşası, yüksək mərtəbəli yaşayış binaları, məktəblər, uşaq bağçaları, müdafiə sənayesi binaları, ticarət və əyləncə mərkəzləri, səhiyyə, sağlamlıq, otel kompleksləri, yol infrastrukturu, mövcud tikililərin rekonstruksiyası, gücləndirilmə və bərpa olunması layihələndirmə xidmətlərini göstərməkdədir.

Şirkətimizin memarları, konstruktorları, mühəndisləri öz sahələri üzrə biliyə və dərin təcrübələrə malikdir.

Layihə mütəxəssislərimiz çalışaraq müasir tələblərə cavab verən layihələr yaradırlar.

Mütəxəssislər eskiz, işçi layihə mərhələlərinin bütün bölmələrini həyata keçirirlər.

-Memarlıq və dizayn

-Konstruktiv həllər və hesabatlar

-Mühəndis-axtarış işləri

- Mühəndis kommunikasiyaları

Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya, kondisioner, rabitə, video-müşahidə, yanğın siqnalı, yanğın söndürmə, texnologiya, avtomatika.

Cəmiyyətimiz bütün layihələrin icrasına peşəkar, ixtisaslı kadrlar cəlb edir (xüsusilə yüksək iş təcrübəli olanlar).

Bütün layihələrin icrasına beynəlxalq standartlara uyğun yanaşılır, qüvvədə olan Dövlət Tikinti Norma və Qaydalarına riayət edilir.

Hər zaman sifarişçilərə xidmət göstərərkən mükəmməlliyə can atır, onların maraqlarını qoruyur, tələblərinə diqqətlə yanaşır, gözləntilərini doğrultmağa çalışırıq.

“AZİN Construction” MMC üzərinə götürdüyü bütün öhdəlikləri və vədləri vaxtında, keyfiyyətli və şəffaf şəkildə yerinə yetirir.

“AZİN Construction” MMC bütün layihələrin icrasında müasir və innovativ məhsullardan istifadə edir, bütün xidmətləri beynəlxalq standartlara uyğun təhvil verir.

Bu vacib dəyərlər bizim sifarişçilərimizin və əməkdaşlarımızın etibarını qazanmağa və saxlamağa bizə kömək edir.

Uğurla həyata keçirdiyimiz layihələrin sürətlə artması cəmiyyətimizin inkişafının göstəricisidir.

Tamamlanmış layihələr

Tikinti prosesində

İcra olunan layihələr

Birgə layihələr tamamlanıb

Gələcəyi dəqiqlik və peşəkarlıqla inşa edirik

Layihələndirmə, tikinti və mühəndislik sahəsində peşəkar xidmətlər

Biz memarlıq, tikinti və mühəndis kommunikasiyaları sahəsində geniş xidmətlər təqdim edirik. Mütəxəssislərimiz istənilən mürəkkəblikdə layihələri reallaşdırmaq üçün müasir həllər hazırlayır, keyfiyyəti, beynəlxalq standartlara uyğunluğu və innovativ yanaşmanı təmin edirlər.

Memarlıq və Dizayn

Müasir və funksional memarlıq layihələri və dizayn xidmətləri.

Konstruksiya

Yüksək keyfiyyətlə tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi.

Mühəndis kommunikasiyaları

Elektrik, su, kanalizasiya, isitmə, ventilyasiya və digər mühəndis kommunikasiyaları xidmətləri.

Topoqrafiya və geodeziya

Ərazinin topoqrafik və geodezik ölçmə xidmətləri.

Texniki sənədlər

Layihələrin tərtibatı və texniki sənədlərin hazırlanması.

Tikintiyə müəllif nəzarəti

Tikinti prosesində müəllif nəzarətinin təmin edilməsi.

Mövcud binaların ölçü cizgiləri

Binaların ölçülərini müəyyənləşdirmək üçün cizgilərin hazırlanması.

Smeta sənədləri

Tikinti və təmir xərclərinin smetası və hesabatı.

Tikintinin təşkili

Tikinti prosesinin peşəkar şəkildə təşkil edilməsi.

Seçilmiş layihələr

Tikintisi davam edən və tamamlanmış layihələrimizlə tanış olun