
Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20
+994 70 344 60 55
office@azin.az
Xankəndi şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 8 ünvanında “Xankəndi Stadionu” təmir və yenidənqurma işləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında aparılmışdır. UEFA Stadion İnfrastruktur Qaydaları (2025 nəşri) – Əlavə qaydalarla tənzilmənmişdir. Azərbaycanın ev sahibliyi etdiyi III MDB oyunları çərçivəsində yarışlara hazır olmuşdur. Yarışlar Xankəndi şəhər stadionunda təşkil olunub. Turnirdə 7 ölkədən 40 idmançı iştirak edir.
Tikinti işlərinin hər mərhələsi ciddi nəzarət altında aparılmış, müasir materiallar və texnologiyalar tətbiq edilərək dayanıqlı və etibarlı nəticə əldə olunmuşdur.










Xankəndi şəhər stadionunun tikinti və yenidənqurma işləri şirkətimiz tərəfindən həyata keçirilmişdir. Layihə çərçivəsində müasir texnologiyalar və yüksək keyfiyyət standartları tətbiq olunaraq stadion beynəlxalq yarışların keçirilməsi üçün tam hazır vəziyyətə gətirilmişdir. Bu gün burada keçirilən yarışlar görülən işlərin peşəkar səviyyəsini və layihənin uğurla icra olunduğunu nümayiş etdirir.



















