Bakı ş., Nərimanov r-nu T.Şıxəliyev küç. 20
+994 70 344 60 55
office@azin.az
AZİN CONSTRUCTION tərəfindən Laçın şəhərində tikinti materialları bazarı kompleksinin salınması nəzərdə tutulur. Layihə müasir ticarət və logistika infrastrukturunun yaradılmasını hədəfləyir.
Kompleksə geniş ticarət və anbar sahələri, inzibati binalar, yükləmə-boşaltma meydançaları, daxili yollar və parkinq zonaları daxildir. Ətraf ərazilərin yaşıllaşdırılması da layihənin tərkib hissəsidir. Memarlıq həlləri ətraf landşafta uyğunlaşdırılıb və müasir tikinti üslubunda işlənib.
" TİKİNTİ MATERİALLARI BAZARI KOMPLEKSİ " adını daşıyan obyekt Laçın şəhərinin infrastrukturunun inkişafına töhfə vermək, regionun tikinti materiallarına olan tələbatını qarşılamaq və müasir ticarət xidmətləri göstərmək məqsədi daşıyır.