Layihələr - Azin Construction

“KOB Evi” Kiçik və Orta Biznesin İnkişaf Agentliyi
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir

Xəbərlər media

https://president.az/az/articles/view/58535

Abşeron Logistika Mərkəzi
65,7 ha ərazini əhatə edən Mərkəz Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşir.

Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə qısa zamanda çatmağa imkan verir.

Mərkəz Sian–Xorqos–Bakı marşrutunun son təyinat nöqtəsi olaraq beynəlxalq ticarət üçün əlverişli tranzit və logistika mərkəzi hesab olunur.

Abşeron gömrük postunun və Abşeron dəmiryolu yük stansiyasının (548004) ərazidə yerləşməsi logistika əməliyyatlarının daha sürətli və səmərəli həyata keçirilməsinə şərait yaradır.

Yaradılmış “bir pəncərə” sistemi vasitəsilə sahibkarlara yüksək səviyyəli və operativ xidmət göstərilir.

Xəbər keçidi:
https://president.az/az/articles/view/29681

Ağdam Sənaye Parkının ərazisində “Mister Decor” MMC-yə məxsus Divar kağızı istehsalı zavodu
İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, habelə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və davamlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Ayrılmış ərazi:
şimaldan Ağdam şəhərinin yaşayış məntəqəsi, avtomobil yolu və əmlak kompleksi ilə;
şərqdən əmlak kompleksi, örüş sahələri, əkin sahələri, bağlar və Sarıcalı kəndinin yaşayış məntəqəsi ilə;
cənubdan yaşayış məntəqəsi və avtomobil yolu ilə;
qərbdən avtomobil yolu, yaşayış məntəqəsi və örüş sahələri ilə əhatə olunmuşdur.

Xəbərə keçid: https://azertag.az/xeber/agdam_senaye_parkinda_ilde_21_milyon_eded_rulon_divar_kagizi_istehsal_edilecek__foto_video-3189910

Zabux kənd yaşayış məntəqəsinin layihələndirilməsi
Laçın rayonunun Zabux kəndinin ərazisi II Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş zonada yerləşir və düşmən tərəfindən tamamilə dağıdılmış Zabux kəndinin ərazisini əhatə etməklə Laçın rayonunun inzibati ərazisinə daxildir.

Hesabi dövr üçün əhalinin sayı məskunlaşma sistemi çərçivəsində yaşayış məskəninin perspektiv inkişaf göstəriciləri və əhalinin təbii artımı üzrə demoqrafik proqnozlar nəzərə alınmaqla müəyyən edilmişdir. Perspektiv dövr üçün Zabux kəndində 245 ailənin məskunlaşacağı, ailə üzvlərinin ümumi sayının isə 1007 nəfər təşkil edəcəyi nəzərdə tutulmaqla layihələndirmə aparılmışdır.

Xəbərə keçid: https://sfdi.gov.az/news/70

Sus və Bəylik kəndlərinin yaşayış məntəqəsi
Laçın rayonunun Sus və Bəylik kəndlərinin ərazisi II Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş zonada yerləşir və düşmən tərəfindən tamamilə dağıdılmış Sus və Bəylik kəndlərinin ərazilərini əhatə etməklə Laçın rayonunun inzibati ərazisinə daxildir.

Hesabi dövr üçün əhalinin sayı məskunlaşma sistemi çərçivəsində yaşayış məskəninin perspektiv inkişaf göstəriciləri və əhalinin təbii artımı üzrə demoqrafik proqnozlar nəzərə alınmaqla müəyyən edilmişdir. Perspektiv dövr üçün Sus və Bəylik kəndlərində 160 ailənin məskunlaşacağı, ailə üzvlərinin ümumi sayının isə 670 nəfər təşkil edəcəyi nəzərdə tutulmaqla layihələndirmə aparılmışdır.

Xəbərə keçid: https://www.youtube.com/watch?v=BIpH_vGyiik

Cəbrayıl rayonunda ”Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli, 1453 nömrəli “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Fərmanı ilə yaradılmışdır.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktur və idarəetmə qurumları ilə təmin olunmuş, logistika fəaliyyətinin təşkili və müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsulların istehsalı, emalı (təkrar emalı) və satışı, habelə müxtəlif xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş, sahibkarların səmərəli fəaliyyəti və davamlı inkişafına şərait yaradan ərazidir.

Xəbərə keçid: https://azertag.az/xeber/cebrayil_rayonunda_araz_vadisi_iqtisadi_zonasi_senaye_parkinda_yeni_muessiselerin_temeli_qoyulub__yenilenib-3211362

“Badam Emalı Zavodu” Az Badam MMC
Əsasən Abşeron yarımadasında badamçılıq geniş yayılmış və yüksək məhsuldarlığa malik kənd təsərrüfatı sahəsidir. Buna baxmayaraq, indiyədək ölkəmizdə və regionda Badam Emalı Müəssisəsi mövcud olmamışdır. Bu ilk təşəbbüsdə iştirak etmək və layihəyə töhfə vermək bizim üçün qürurverici bir hissdir.

Memarlıq layihələndirməsi

Layihənin dizayn və idarəetmə prosesi Royal Institute of British Architects (RIBA) — Britaniya Memarlarının Kral İnstitutu tərəfindən hazırlanmış mərhələli planlaşdırma və layihə idarəetmə proqramı əsasında həyata keçirilmişdir.
RIBA proqramı çərçivəsində layihə aşağıdakı mərhələlər üzrə idarə olunmuşdur:

C mərhələsi — konseptual eskizlər,

D mərhələsi — işçi layihə,

E mərhələsi — texniki dizayn.

Layihələndirmənin əsas məqsədlərindən biri yalnız daxili bazarın deyil, eyni zamanda məhsulun ixracına yönəlmiş, beynəlxalq standartlara cavab verən müasir bir istehsal müəssisəsinin yaradılması idi. Bu məqsədlə layihəçi komanda olaraq İspaniya modelini araşdırdıq, İspaniyada fəaliyyət göstərən zavodlara səfərlər edərək bu tip müəssisələrin iş prinsiplərini, yanaşmalarını, texnoloji avadanlıqlarını, məhsulun qəbulu və istehsal proseslərini həm öyrəndik, həm də yerində müşahidə etdik.

Badam Emalı Zavodunun bina və qurğularının layihələndirilməsində əsas məqsəd funksionallıqla estetik görünüşün vəhdətini yaratmaq olmuşdur. İstehsalat prosesi özlüyündə bir tamaşa təsiri bağışlayır və istehsalat sahəsinə bitişik inzibati binanın geniş şüşəli fasadından bu prosesi müşahidə etmək insana sanki prosesin bir hissəsi olmaq hissi yaradır. Əminik ki, inzibati binada çalışan əməkdaşlar və qonaqlar istehsalatı yüksəklikdən izləyərkən tətbiq edilən memarlıq həllərindən xüsusi zövq alırlar.

Xəbərə keçid: https://president.az/az/articles/view/56822

Ağdam Sənaye Parkı
Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli, 1347 nömrəli “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərmanı ilə yaradılmışdır.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və davamlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Ayrılmış ərazi:
Şimaldan Ağdam şəhərinin yaşayış məntəqəsi, avtomobil yolu və əmlak kompleksi ilə;
Şərqdən əmlak kompleksi, örüş sahələri, əkin sahələri, bağlar və Sarıcalı kəndinin yaşayış məntəqəsi ilə;
Cənubdan yaşayış məntəqəsi və avtomobil yolu ilə;
Qərbdən avtomobil yolu, yaşayış məntəqəsi və örüş sahələri ilə əhatə olunmuşdur.

Xəbərə keçid: https://president.az/az/articles/view/51769

“Binagadi Park Residence” yaşayış kompleksi
“Binagadi Park Residence” çoxmərtəbəli yaşayış kompleksi 16 mərtəbəli yaşayış binalarından ibarətdir. Binaların 1-ci mərtəbələri qeyri-yaşayış, 2–16-cı mərtəbələri isə yaşayış təyinatlı olaraq nəzərdə tutulmuşdur.

Kompleksin həyətində yeraltı təsərrüfat və içməli su anbarı, nasosxana, yanğın əleyhinə su anbarı, transformator və generator sahələri, yeraltı və yerüstü avtomobil dayanacaqları, söhbətgah, həmçinin uşaq oyun meydançası layihələndirilmişdir.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Çinar-Servis” istehsalı sexi
Layihə çərçivəsində aşağıdakı obyektlərin tikintisi nəzərdə tutulur:
1 mərtəbəli istehsalat sexi,
1 mərtəbəli doldurma sexi,
1–2 mərtəbəli təmir sexi,
2 mərtəbəli ofis binası,
1 mərtəbəli nəzarət-buraxılış məntəqəsi,
qraderli sahə,
1 mərtəbəli nasosxana,
1 mərtəbəli xüsusi mühafizə geyimləri üçün nəzərdə tutulmuş bina,
maye oksigen, azot və arqon üçün anbar,
yeraltı su çəni,
açıq anbar sahəsi,
yerüstü avtodayanacaq,
avtomobil tərəzisi,
generator meydançası.

Eyni zamanda, binaların zəruri mühəndis şəbəkələri ilə təmin edilməsi, ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərinin həyata keçirilməsi də layihə üzrə nəzərdə tutulmuşdur.

Xəbərə keçid: https://report.az/daxili-siyaset/prezident-cinar-servis-istehsal-kommersiya-firmasinin-texniki-qazlarin-istehsali-muessisesinin-temelqoyma-merasiminde-istirak-edib